MƏTBƏX---SALATLAR

KARTOF SALATI -1,5 qəhvə fincanı zeytun yağı
1 ədəd limon, ya 1 qəhvə fincanı sirkə
2 ədəd bişmiş yumurta
3 ədəd soğan
Duz, istiot
Kartofu soyutma bişirib qabığını soyun. Halqa, ya da üçkünc formada doğrayıb boşqaba düzün, üstünə cəfəri səpin. Soğanı halqa-halqa doğrayıb duzla ovuşduraraq öldürün. İstəyə görə 2 ədəd bərk bişirilmiş yumurtanı dilimlərə kəsib salatın üstünə qoya, zeytun da əlavə edə bilərsiniz. Salata limon şıxın və ya sirkə qatın.

MƏTBƏX---SALATLAR

LİMAN SALATI -Tərkibi:
2 banan
1 qırmızı alma
80 qram kərəvizin kökü
1 ədəd pomidor
2 x.q. mayonez
kahı yarpaqları
Hazırlanma qaydası:
Bananları təmizləyib dairəvi şəkildə, almanı isə xırda kub formasında doğrayın.
Kərəvizin kökünü təmizləyib nazik dilimlərlə doğrayın.
Kahı yarpaqlarını yuyub iri-iri doğrayın.
Boşqabda doğranılmış banan, alma, kərəviz kökü və kahı yarpaqlarını yaxşıca qarışdırın.
Pomidorun qabığını soyub xırda-xırda doğrayın. Pomidorun qabığını asan soymaq üçün əvvəlcə yuxarı hissəsini bıçaqla kəsin, daha sonra qaynar suda pörtlədin. Doğranılmış pomidoru mayonezlə qarışdırıb, salatın üzərinə tökün.
Bananı təmizləyib içinə kahı yarpağı qoyun. Üzərinə hazırladığınız salatı əlavə edin.
Nuş olsun!

MƏTBƏX---SALATLAR

MİMOZA SALATI-Ərzaqlar:
1 banka balıq konservası (qızılbalıq və yaxud sayra)- istəsəniz konservanı 200 qram suda bişirilmiş qızılxallı balıqla əvəz edə bilərsiz.
1-2 ədəd bişmiş kök
4-5 ədəd yumurta
1 ədəd soğan
mayonez
duz, yeni döyülmüş istiot
salatı bəzəmək üçün şüyüd
Hazırlanma qaydası:
Konservanın suyunu süzüb, balığı çəngəllə əzin (bişmiş qızılxallı balığı isə xırdalayın və yaxud çəngəllə əzin).
Soğanı xırda-xırda doğrayın.
Bişmiş yumurtaların sarısını ağından ayırıb, sürtkəcin iri gözündən keçirərək, ayrı-ayrı qablara düzün.
Bişmiş kökü təmizləyib, sürtkəcin iri gözündən keçirin.
Hazırladığınız ərzaqları ardıcıllıqla salat qabına lay-lay düzün.
1-ci lay: burda balıq konservi olur, sonra bir az istiot səpilib, mayonez çəkilir
2-ci lay: soğan yerləşdirin, duz, istiot səpib, mayonez sürtün
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın ağı, duz, istiot
4-cü lay: sürtkəcdən keçirilmiş kök, duz, istiot, mayonez
5-ci lay: sürtkəcdən keçirilmiş yumurtanın sarısı, duz,mayonez
6-cı lay: yumurtanın ağı, duz və mayonez
Salatın üzərinə sürtkəcdən keçirilmiş yumurtanın sarısını səpin. Salatı mimoza gülü şəklində şüyüdlə bəzəyib, soyuducuda saxlayın.

MƏTBƏX---SALATLAR

FANTAZİYA SALATI-Ərzaqlar:
2 ədəd sırok
2 ədəd bişmiş kök
2 ədəd marinadaya qoyulmuş xiyar
200 qram bişmiş mal əti
1 banka marinadaya qoyulmuş şampinyon göbələkləri
2 ədəd bişmiş kartof
1 ədəd soğan
3 ədəd bişmiş yumurta
mayonez,
duz, istiot
göyərti

Hazırlanma qaydası:
Salat boşqabda lay-lay düzülür.
Dərin boşqabın içinə bitki yağı çəkib, şampinyon göbələklərini başı aşağı düzün. Soğanı yarımhalqa şəklində doğrayıb, üstünə su ilə qarışdırılmış sirkə tökərək, kənara qoyun. Sonra turşuya qoyulmuş soğanı sıxıb, üstünə mayonez tökərək, şampinyon göbələklərin üzərinə əlavə edin.

Bişmiş kökü sürtkəcin iri gözündən keçirib, salatın üzərinə əlavə edin. Sonra marinadaya qoyulmuş xiyarı nazik dairəvi şəkildə doğrayıb, layın üzərinəəlavə edin. Üstündən mayonez çəkməyi unutmayın.
Bişmiş mal ətini xırda-xırda doğrayıb, salatın üzərinə tökərək, üstündən mayonez çəkin. Sonra sürtkəcdən keçirilmiş sıroku layın üzərinə bərabər şəkildə səpib, üstündən mayonez çəkin. Salatın üzərindən sürtkəcdən keçirilmiş kartofu töküb, üstündən mayonez çəkin. Bişmiş yumurtaları təmizləyib, xırda-xırda doğrayaraq, salatın üzərinə tökün.
Hər layın üzərindən (sırok və marinadaya qoyulmuş xiyardan başqa) bir az duz və istiot səpməyi unutmayın. Salatı 12 saat ərzində soyuducuda saxlayın. Sonra salatı soyuducudan çıxarıb, başqa bir boşqaba səliqəli formada çevirin.
Salatı süfrəyə verərkən, öz zövgünüzə görə doğranılmış xiyar və göyərti ilə bəzəyə bilərsiz. Nuş olsun

MƏTBƏX---SALATLAR
2 . 9
10

Müəllif

VETEN

Oxunub

15651

Tarix

16-01-2013, 17:58

Bölmə

Mətbəx

Rəylər

5

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

 
 

Oxşar xəbərlər:

 

milaya | 17 sentyabr 2013 18:43

OXUDUM GÖZƏL GÖRÜNÜŞLƏRİ VAR TƏŞƏKKÜR

Cavab yaz

Hatred | 10 sentyabr 2013 12:03

salatlari cooooooooooox sevirem..mimoza yemishem...xoshumda gelib

Cavab yaz

leyla_mistitelnaya | 16 yanvar 2013 21:16

mende salatlari coxx sevirem cox gozel gorunushleri  var dadlarida gozel olar  axrinci cox gozeldr

Cavab yaz

S_P_S | 16 yanvar 2013 20:59

SALATLARI COX SEVIREM EN COXDA MIMIOZA VE WUBA

Cavab yaz

ZULKA | 16 yanvar 2013 18:11

Hamısı maraqlı və ləzzətli görünür.Amma arxayın vaxt oxuyacam.

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler