"Vizit" tortunun hazırlanma qaydası.

"Vizit" tortunun hazırlanma qaydası.


Tərkibi:
xəmir:
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
1 ç.q. vanilli şəkər
3 yumurta
100 ml soyuq su
10 q qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
450-500 q un
krem:
250 q şəkər tozu
2 x.q. un
3 yumurta
200 q kərə yağı
həmçinin:
2-3 limon
Limonların sedrasını çıxarın.
Yağı şəkər tozu və vanilli şəkərlə çalın.
Yumurta, sedra əlavə edin, bir az qarışdırandan sonra 100 ml soyuq su əlavə edin, yaxşıca çalın.
Qabartma tozu və un əlavə edin, bərk olmayan xəmir yoğurun.
Xəmiri 4-5 yerə bölün. Kündələyin. Yağlanmış formaya (26 sm diametrli) qoyun, əlinizlə hamarlayın. Bir neçə yerdən çəngəlləyin.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Bu qayda ilə bütün korjları bişirin.
Krem:
Limonların şirəsini sıxın - təxminən 100 ml.
Yumurtaları çalın.
Qazana şəkər tozu tökün, limon şirəsini, 50 ml su, un, yumurta əlavə edin, qarışdırın, qaynara düşəndə götürün. Yağ əlavə edin, yaxşıca qarışdırın. Soyudun.
Bişmiş korjların arasına soyumuş krem çəkin. Üstünü zövqünüzə görə bəzəyin. Tortun özünü tutması 8-10 saat çəkir.
1
3

Müəllif

ZULKA

Oxunub

1915

Tarix

19-03-2013, 13:12

Bölmə

Mətbəx

Rəylər

8

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

 
 

Oxşar xəbərlər:

 

VETEN | 25 noyabr 2013 16:44

istedim   tekrar  oxuyam  rengden oxuya bilmedim

KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.

Cavab yaz

_Naxcivanliyam_Dabe | 21 sentyabr 2013 10:59

Adida maraqli,gorunusu gozel,dadida yeqin dadli olar.

***Kecerim bu canimdan nazli yarim***

Cavab yaz

Hatred | 12 sentyabr 2013 17:27

vizit tortu.maraglidi.ama gorunushu elede celb elemedi(

Cavab yaz

AYWEN | 19 mart 2013 19:47

gornuwu superdi biwiren olsaydi yeyerdik

Cavab yaz

AYKA 22 | 19 mart 2013 17:35

GORUNUSH ELA,DADI DA YEQIN ELE OLAR.SAGOL

Cavab yaz

S_P_S | 19 mart 2013 17:34

BU TORT SENIN VIZIT KARTIN OLDU)
      COX SAGOL ZULKA 

Cavab yaz

Menali_Gozler | 19 mart 2013 14:59

ZULKAne burda canli olaydi yeyeydim

Cavab yaz

VETEN | 19 mart 2013 14:53

blirem bu tortu amma men bilen bele sekilde deyil basqadir   bele de olurmus indi bildim

KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler